Sumqayıtda zavodda qaz balonu partladı: ÖLƏN VAR
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var.
Bu barədə BAKU.WS-ə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 4-ü saat 15 radələrində şəhər ərazisində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
“Azərişıq” ASC-nin əməkdaşı vəzifə başında ölüb
“Azərişıq” ASC-nin əməkdaşı vəzifə başında ölüb. Bu barədə BAKU.WS-ə Şəmkir Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, fevralın 23-də rayonun Bayram...