Sumqayıtda yataqxanadakı partlayışla bağlı şəhər prokurorluğunda araşdırma aparılır
15
yan
2024
21:49
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.
İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.
Oxşar xəbərlər
Sumqayıtda yataqxanada partlayış baş verib - Yaralılar var - YENİLƏNİB - FOTO/VİDEO
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəs...