Sumqayıtda yaşayış binasında YANĞIN: Təxliyə olunanlar var
11
okt
2025
19:55
Sumqayıtda yaşayış binasında yanğın baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Binadan sakinlərin təxliyəsi təmin edilir.
Yanğının səbəbləri araşdırılır.
Oxşar xəbərlər
İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir: Prokurorluq cinayət işi açdı
İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdl...