Sumqayıtda üzük əməliyyatı – FHN hərəkətə keçdi – VİDEO

Sumqayıtda üzük əməliyyatı – FHN hərəkətə keçdi – VİDEO
Video
Hadisə 1549
Sumqayıtda bir gəncin başına maraqlı hadisə gəlib. Hər gün barmağında olan üzük İmamqulu Yusifovun başına bəla olub.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki. əlinin şişməsi nəticəsində barmağındakı üzük ona narahatlıq yaradıb. Üzüyü çıxara bilməyən gəncin köməyinə həkimlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çatıb.Həkimlər baramaqda qalan üzüyü çıxarmağa çalışıb, amma bütün texniki avadanlıqlar işə yaramayıb.Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 31 yaşlı İmamqulu Yusifov müraciət edib. Onun şikayəti əlinin şişməsi nəticəsində barmağında qalan gümüş üzük olub. Həkimlər üzüyün kəsilərək çıxarılmasını məsləhət görüblər.Əvvəlcə texniki vasitələrdən istifadə edilməklə özləri buna cəhd etsələr də, bu, mümkün olmayıb.Sonra əraziyə çağırılan FHN-nin Sumqayıt Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə hissəsinin əməkdaşkarı barmaqda üzüyü çıxarmağa müvəffəq olublar.Xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə gəncin barmağından üzüyü çıxarıblar.Üzükkəsmə əməliyyatı uğurla başa çatıb. İmamqulu Yusifovun kəsilmiş barmağı sarılıb. Qeyd edək ki, İmamqulu Yusifov Bakı-Sumqayıt marşrutu üzrə sürücü kimi fəaliyyət göstərir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda intiharın qarşısı alınıb

Bakıda intiharın qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb.BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri...

21 Hadisə 22:18 18 iyun 2019

Son xəbərlər