Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin Regional İdarəsinin rəsmisi Fərid Piriyev “Report”a bildirib ki, araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib.
O qeyd edib ki, faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 800 manat məbləğində cərimə olunub: “Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib”.
Oxşar xəbərlər
"Qaçqınkom"da pozuntular aşkarlanıb, 109,2 min manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib
Hesablama Palatasının 2020-ci ilin İş Planına uyğun olaraq, dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Komitə) ayrılan...