Sumqayıtda tekstil fabrikində baş verən yanğın tam söndürülüb

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində başlayan yanğın məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının operativ müdaxiləsi sayəsində fabrikdəki yanğın tam söndürülüb.
***12:28
Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən müəssisələrdən birində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən canlı qüvvə və texnika cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
İlkin ehtimallara görə, yanğına pambıq qırıntılarının alovlanması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Bakıda ağac sürücünü "işə saldı" - 100 manat CƏRİMƏLƏNDİ
Paytaxtın Yasamal rayonunda Akim Abbasov və Abbas Mirzə Şərif küçələrinin kəsişməsindən avtomobillə keçən sürücü çaş-baş qalıb. Bu barədə məlumat BAKU.WS-in "q...
