Sumqayıtda QƏRİBƏ OĞURLUQ - 45 min manatın yerinə etibarsız əsginas qoydu
09
avq
2025
16:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində "etibarsız" yazılmış əsginas qoyulub.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...