Sumqayıtda qazdan zəhərlənən fəhlələrin son vəziyyətləri AÇIQLANDI

Sumqayıtda qazdan zəhərlənən fəhlələrin son vəziyyətləri AÇIQLANDI
Hadisə 126

"Sumqayıtda qazdan zəhərlənən fəhlələr evə buraxılıblar".

BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Verilən məlumat görə, 08.07.2024-cü il tarixində saat 18:20-də 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib:

"Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

*** 08:22

Sumqayıtda üç fəhlə qazdan zəhərlənib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakinləri - 1989-cu il təvəllüdlü Rəşad Şahvələd oğlu Heydərov, 1992-ci il təvəllüdlü Valeh Balaş oğlu Talıbov və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Anar Mütəllim oğlu Talıbov işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər