Sumqayıtda qaz xətti zədələnib, mindən çox abonent qazsız qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində qaz xəttinin zədələnməsi səbəbindən bir sıra abonentlərin qaz təchizatında fasilə yaranıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Maksim Qorki küçəsində qeydə alınıb.
Məlumata görə, diametri 108 millimetr olan yüksəktəzyiqli qaz xətti avtoqəza nəticəsində zədələnib. Bu səbəbdən ərazidə qaz təchizatı dayandırılıb. Nəticədə təxminən 1100 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.
Hazırda qəza baş verən ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən təmir-bərpa işləri aparılır. Qaz təchizatının qısa müddətdə bərpa olunacağı bildirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...