Sumqayıtda qanunsuz obyekt söküldü - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Sumqayıtda qanunsuz tikilən obyekti söküb.
Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.
Qalereya
Oxşar xəbərlər
Bakıda qanunsuz tikintinin qarşısı alındı - FOTO/VİDEO
Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Nizami rayon...