Sumqayıtda ölü döl tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 13:30 radələrində həkimlər tərəfindən ölü döl aşkar edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBIB-dən xəbər verilib.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
***15:41
Sumqayıtda ölü döl tapılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, ölü dölün Perinatal Mərkəzin və Uşaq xəstəxanasının yaxınlığında açıq sahədə aşkarlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...