Sumqayıtda narkoşəbəkənin iki üzvü saxlanılıb

Sumqayıtda narkoşəbəkənin iki üzvü saxlanılıb
Hadisə 88

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizəsi davam edir.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu məqsədlə Sumqayıt şəhərində keçirilən əməliyyat zamanı narkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü - İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar. Onların idarə etdikləri avtomobildən 67 kiloqram 290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən İ. Əliyev və E. Hüseynov narkotik vasitələri Abşeron rayonu ərazisindən əvvəlcədən razılaşdıqları yerdən götürüb, maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də ifşa edilərək, məsuliyyətə cəlb olunmaları üçün əməliyyatlar davam etdirilir.

Son xəbərlər