Sumqayıtda məşhur abidənin müəllifi vəfat etdi - FOTO

Sumqayıtda məşhur abidənin müəllifi vəfat etdi - FOTO
Hadisə 432

Sumqayıtda “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, abidənin müəllifi, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə rəssamlar akademiyasını bitirib.

Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb.

Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini bu şəhərin gözəlləşdirilməsinə, abadlaşdırılmasına həsr edib.

Sumqayıtda məşhur abidənin müəllifi vəfat etdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər