Sumqayıtda məktəbdə azyaşlıları tualetdə saxladılar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda daha bir məktəbdə şagird özbaşınalığı olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə iddialar sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə Sumqayıt şəhərindəki 24 saylı məktəbdə qeydə alınıb.
Belə ki, ötən gün həmin məktəbin yuxarı sinif şagirdləri aşağı sinifdə təhsil alan azyaşlıları məktəbin tualetə salaraq qapısını bağlayıb və içəridə saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə əlaqədar polis əməkdaşları məktəbə cəlb olunublar. Hazırda araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Azərbaycan məktəbində bullinq: Şagird intihara cəhd etdi - YENİLƏNİB
Ucar Rayon Təhsil Şöbəsi Qaradağlı kənd orta məktəbində təhsil alan şagirdin intihara cəhdi ilə bağlı açıqlama verib. BAKU.WS-in məlumatına görə, qurumdan bildi...