Sumqayıtda köhnə zavod ərazisində yanğın baş verib
03
iyn
2025
21:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən köhnə zavodlardan birinin həyətində yanğın hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə, xüsusilə də yaxınlıqdakı sexlərə keçməsinin qarşısı alınıb.
Yanğın tamamilə söndürülüb. Ərazidə soyutma işləri aparılır, yanğının səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...