Sumqayıtda iki mikroavtobus toqquşub, 4 nəfər xəsarət alıb
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 1962-ci il təvəllüdlü Əliyev Nazim Əyyub oğlunun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla 1973-cü il təvəllüdlü Məmmədov Elxan Qulu oğlunun idarə etdiyi "Mercedes" markalı 521 saylı marşrut mikroavtobusu toqquşub.
Nəticədə 521 saylı marşrutda olan sərnişinlər 1986-cı il təvəllüdlü Məmmədova Elmina Məhəmməd qızı, 1973-cü il təvəllüdlü Adıyeva Vəfa Qardaşxan qızı, 2007-ci il təvəllüdlü Məmmədli Sevda Zaur qızı və 1998-ci il təvəllüdlü Atakişiyeva Türkan Atakişi qızı xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...