Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi ilə vida mərasimi keçirilib
Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Sumqayıt şəhərinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub.
1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.
Qalereya
Oxşar xəbərlər
Avtobusların iştirakı ilə baş verən ağır QƏZALAR
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ictimai nəqliyyatın fasiləsiz hərəkəti ilə bağlı sürücülərə müraciət edib. NİİM-dən BAKU.WS-ə v...