Sumqayıtda açıq ərazidə başlayan yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərindəki avtomobil təmiri sexində yanğın söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
***13:07
Sumqayıtda açıq ərazidə yanğın başlayıb.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub.
***12:57
Sumqayıt şəhərində yanğın başlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Qeyd olunub ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...