Sumqayıtda evə edilən silahlı hücumun ŞAHİDİ DANIŞDI - “Ən birinci anamı öldürdülər” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda evə edilən silahlı hücumun şahidlərindən biri danışıb.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, məktəbli hadisə zamanı anasını yerdə qan içində yatdığını və ən birinci anasını öldürdüklərini bildirib:
“Birdən səs gəldi. Yəqin güllə vurub. Sonra qaz sobasından yanğın çıxdı. Mən bilmədim silahla adam vurublar. Yaxşı ki, çıxmadım. Sonra anamı yerdə gördüm. Başı qan içində idi. Atamı oyatdım. Ən birinci anamı öldürdülər”.
Xatırladaq ki, okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...