Sumqayıtda dəhşət saçan "zibil maşını" barədə AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Sumqayıtda nasaz vəziyyətdə yola çıxan məişət tullantılarının daşınması üçün istifadə edilən maşın digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.
Eyni zamanda yük maşınının üzərində dövlət nömrə nişanının olmaması da diqqətdən yayınmayıb.
BAKU.WS xəbər verir ki, sözügedən məsələ ilə bağlı "oxu.az"-a açıqlama verən “Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov sözügedən videogörüntülərin həmin maşının təmirə getdiyi zaman çəkildiyini qeyd edib:
“Departamentə məxsus zibildaşıyan maşının göründüyü halda olmasına səbəb iş saatlarında baş verən qəza olub. Belə ki, həddən artıq yükləndiyi üçün maşının hava yastıqlarında (pnevmatik asqı sistemində) problem yaranıb. Bu zaman arxa tərəfə hava getmir və bu, texniki nasazlıq yaradır.
Həmin an maşın təmirə gedirdi. Sürücülərdən kimsə çəkib, sosial şəbəkədə paylaşıb. Hazırda da həmin avtomobil təmir edilib və xidmətdədir. Maşının dövlət nömrə nişanı isə üzərində olub. Sadəcə ola bilər ki, üzəri təmizlənmədiyindən videoda görünmür”.
*** 14:40
Sumqayıtda zibil daşıyan maşının görüntüləri hamını heyrətləndirib.
BAKU.WS-in məlumatına görə, görüntülər sosial şəbəkədə yayılıb.
"Zibil maşını"nın iki təkərinin rezin hissəsi deformasiyaya uğrasa da hərəkət edib. Bu həm maşını idarə edən sürücü, həm də ətrafdakılar üçün təhlükə yaradıb.
Oxşar xəbərlər
Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri - Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət...