Sumqayıtda binada yanğın olub
11
iyl
2025
13:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb. Hadisə 45-ci məhəllədə yerləşən 1-ci binada baş verib.
BAKU.WS xəbər verir ki,Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Bundan əlavə, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə polis əməkdaşları da səfərbər olunub.
Yanğının səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...