Sumqayıtda bazar yanıb - FOTO
02
fev
2024
08:45
Sumqayıtda yanğın baş verib.
APA xəbər verir ki, hadisə Əşya bazarı kimi adlanan ərazidə qeydə alınıb.
Şəhər sakini, 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kvadratmetr olan meyvə-tərəvəz mağazasının 250 kvadratmetri yanıb.
Daha sonra yanğın mağazanın qarşısında park halında olan “Mercedes" markalı yük avtomobilinə keçib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Yanğının səbəbi araşdırılır
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bazarda güclü yanğın: 26 mağaza külə döndü - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi Bərdədə “Köhnə bazar” adlanan ərazidə baş verən yanğınla bağlı yeni məlumat yayıb. Qurumdan bildirilib ki, bu gün səhər saatlarında B...