Sumqayıtda bayram tonqalında xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Sumqayıtda bayram tonqalında baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə BAKU.WS-ə Sumqayıt və Nərimanov Tibb Mərkəzlərindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri, yeddi, səkkiz və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına yerləşdirilən bir nəfərin müalicəsi davam etdirilir:
"Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti stabil qiymətləndirilir.
Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan və vəziyyəti stabil olan 2013-cü il təvəllüdlü şəxs (qadın cinsli) ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında ambulator müalicə üçün evə buraxılıb.
Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunan bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) isə ambulator müalicə üçün evə buraxılıb".
Oxşar xəbərlər
Misir Mərdanovun qohumuna qarşı 400 minlik DƏLƏDUZLUQ
Məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər. BAKU.WS "Qafqazinfo"ya i...