Sumqayıtda baş verən ölümlə bağlı rəsmi məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 06-da şəhər sakini Vahid İmanlının almış oldığı xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda baş verən dəhşətli qətl - sərxoş halda yataq otağına girib... - VİDEO
2017-ci il noyabrın 7-də DİN "102" xidmətindən Sabunçu RPİ 12-ci PŞ-nə inzibati ərazidə qətl baş verməsi barədə məlumat verilib. BAKU.WS BAKU.TV-yə istinadən xə...