Sumqayıtda avtoxuliqanlıq edən sürücü ƏLƏ KEÇDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini və sürücülər arasında intizam məsuliyyətinin artırılması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu məqsədlə Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtoxuliqanlıq edən 37 yaşlı Fərahim Abbasov saxlanılıb.
Əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş F.Abbasov idarə etdiyi "Mersedes" markalı 50-FL-442 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib.
Nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanını çıxararaq təhlükəli manevrlər edən sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Sürücü barəsində toplanılmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə F.Abbasov inzibati qaydada həbs edilib və onun sürücülük hüququ məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...