Sumqayıtda avtomobillər sürət yarışıına çıxdı, 2 nəfər öldü, 3-ü yaralandı - TƏFƏRRÜAT

Sumqayıtda avtomobillər sürət yarışıına çıxdı, 2 nəfər öldü, 3-ü yaralandı - TƏFƏRRÜAT
Hadisə 692

Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

BAKU.WS "Report"a itinadən xəbər verir ki, Sumqayıt şəhərinin Sülh prospektində sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov "Hyundai Elantra" markalı avtomobili ilə yolu keçən piyada 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.

Sürücü Elşad Məmmədov, sərnişinlər - Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdiriliblər.

Yarışda iştirak edən və 2002-ci il təvəllüdü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi "Kia Cadenza" markalı maşın da yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb. Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı

Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qab...

53 Hadisə 23:12 18 sentyabr 2026

Son xəbərlər