Dəm qazından ölən bacısının yasına gedən qadın ailəsi ilə birlikdə qəzada həlak oldu - YENİLƏNİB

Dəm qazından ölən bacısının yasına gedən qadın ailəsi ilə birlikdə qəzada həlak oldu - YENİLƏNİB
Hadisə 431

Qusarda dəm qazından zəhərlənərək ölən ailənin qohumları daha bir faciə yaşayıb.

BAKU.WS "Bizim.Media"ya istinadən xəbər verir ki, bacısı Əminənin ailəlikcə dəm qazından ölməsini eşidən Bakı sakini, 23 yaşlı Fidan Məhsim qızı Ələkbərova ailəsilə birgə Qusara gələrkən qəzaya düşüblər.

Nəticədə Fidan Ələkbərova, onun 34 yaşlı həyat yoldaşı Seymur Fikrət oğlu Əliyev və 1 yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.

Ailə başçısının idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı-Quba yolunun Sumqayıt şəhərinin H.Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən aşıb.

***

20.52

Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər