Sumqayıtda avtomobil avtobusa çırpıldı, xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda iki nəfərin ağır xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir iki, qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, 90 CY 926 dövlət nömrə nişanlı “Renault Megane” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 50 AE 970 dövlət nömrə nişanlı “İsuzu” markalı avtobusa çırpıb.
Qəza nəticəsində taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilinin sürücüsü - 1991-ci il təvəllüdlü Abıyev Elçin Sehran oğlu və onun sərnişini, 1971-ci il təvəllüdlü İsmayılova Şəkər Səfərəli qızı ağır bədən xəsarətləri alıblar. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 5 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verdi- FOTO
Bakı-Quba avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, qəza magistralın...