Sumqayıtda avtobusun vurduğu 69 yaşlı kişi xəstəxanada ölüb

Sumqayıtda avtobusun vurduğu 69 yaşlı kişi xəstəxanada ölüb
Hadisə 46

Sumqayıtda avtobusun vurduğu 69 yaşlı kişi xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə 3 gün əvvəl "Saray yolu" adlanan ərazidə baş verib.

1955-ci il təvəllüdlü Füzuli Əjdər oğlu Əliyevi marşrut avtobusu vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, o bu gün müalicə aldığı xəstəxanda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər