Sumqayıtda avtobusun yanması nəticəsində xəsarət alan olmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda avtobusun yanması nəticəsində xəsarət alan olmayıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən "İSUZU" markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb.
Xəsarət alan yoxdur.
*** 11:56
Sumqayıt şəhərində avtobus yanır.
BAKU.WS xəbər verir ki, hadisə yerinə FHN qüvvələri cəlb olunub.
Məsələ ilə əlaqədar FHN-in mətbuat xidmətindən redaksiyamıza bildirildi ki, FHN-in 112 "qaynar xətti"nə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub
. Dərhal Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin nümayəndələri əraziyə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...