Sumqayıtda amansızlıqla qətlə yetirilən gəncin ölümü ilə bağlı TƏFƏRRÜATLAR - VİDEO

Sumqayıtda 29 yaşlı gənc bıçaqlanaraq öldürülüb.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində Səməd Vurğun küçəsində qeydə alınıb.
Araşdırma zamanı məlum olub ki, hadisə ötən gecə saat 2 radələrində baş verib. Öldürülən Nicat Bayramov, Sumqayıtda 34-cü məhəllədə yaşayır və avtosalonların birində çalışırmış.
Hadisə baş verən kafeyə elə iş yoldaşı ilə birlikdə gedibmiş. İddia olunur ki, Nicat Bayramov Nüsrət Həsənəli ilə kafedə mübahisə edib və hadisə də bundan sonra baş verib.
Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, 25 yaşlı Nüsrət Həsənəlilinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nüsrət Həsənəlili iş üzrə şübhəli şəxs qismində tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...