Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb, saxlanılan var

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb, saxlanılan var
Hadisə 167

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1994-cü il təvəllüdlü Ağayev Eyruz Bəhlul oğlu ilə 1985-ci il təvəllüdlü Balayev Sərvər Sahib oğlu arasında baş verən mübahisə ikinci bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən "Report"un yerli bürosuna məlumat verilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 1985-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Döş qəfəsinin açıq yarası, budun yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Əldə etdiyimiz məlumata görə, Sumqayıt şəhərində bir nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Oxşar xəbərlər

Bloger-jurnalist İlhami Nəsibov həbs edilib

Bloger-jurnalist İlhami Nəsibov həbs edilib

Ağdamda rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub. BA...

219 Hadisə 17:11 17 avqust 2025

Son xəbərlər