Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Sabah Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq martın 24-də saat 10:00-dan etibarən bir sıra ərazilərdə qazın verilməsi dayandırılacaq.
Məlumata görə, qaz təchizatında yaranacaq fasilə Yaşıldərə və Ceyranbatan qəsəbəsi, Qurd dərəsi, Novxanı, Corat bağları, Corat və Yeni Corat yaşayış massivləri, eləcə də Novruz qəsəbəsini əhatə edəcək.
Bununla yanaşı, Sumqayıt şəhəri üzrə 10, 11, 12, 13 və 17-ci mikrorayonların bir hissəsində, həmçinin 51-ci və 52-ci məhəllələrdə də qazın verilməsi müvəqqəti dayandırılacaq.
Qaz təchizatında fasilə ümumilikdə 40 minə yaxın abonenti əhatə edəcək.
Oxşar xəbərlər
Misir Mərdanovun qohumuna qarşı 400 minlik DƏLƏDUZLUQ
Məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər. BAKU.WS "Qafqazinfo"ya i...