Sumqayıtda 29 yaşlı kişi dənizdə batdı
06
avq
2023
20:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
29 yaşlı kişi dənizdə batıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində Xəzər bağları adlanan ərazinin çimərlik hissəsində baş verib.
Şəhər sakini Mehman Qəhrəman oğlu Cabbarov dənizdə çimərkən boğulub.
Meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırılma aparılır.
Oxşar xəbərlər
Siyəzəndə dənizdə batanlardan daha birinin meyiti tapılıb - YENİLƏNİB
Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Mehdi Elgün oğlu...