Sumqayıtda 28 yaşlı şəxsi öz tanışı bicaqlayıb

Sumqayıtda 28 yaşlı şəxsi öz tanışı bicaqlayıb
Video
Hadisə 72

Sumqayıtda tanışlar arasında baş verən mübahisə qanla nəticələnib.

Baku TV-nin məlumatına görə, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, 30 yaşlı Cabbar Əliyevin münaqişə zəminində 28 yaşlı Yusif Xudaverdiyevə bıçaqla xəsarət yetirdiyi bildirilir.

Hadisənin necə baş verdiyini qonşulardan biri belə təsvir edib:

"Axşam saatlarında səs-küy eşidib qonşularla birlikdə çölə çıxdıq. Gördük ki, dava edirlər. Səs-küy daha da artdı, sonra biri o birini bıçaqladı. Amma kim kimi və necə bıçaqladı, xəbərim yoxdur. Sonra polis və təcili tibbi yardım əməkdaşları gəldilər".

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cabbar Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər