Sumqayıtda evdə doğuş zamanı körpəsi ölən 23 yaşlı qadının vəziyyəti ağırdır

Sumqayıtda evdə doğuş zamanı körpəsi ölən 23 yaşlı qadının vəziyyəti ağırdır
Hadisə 214

Sumqayıtda evdə doğuş zamanı körpəsi ölən 23 yaşlı qadının vəziyyəti ağırdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Qeyd olunub ki, zahı qadın ötən gün mərkəzin nəzdindəki Perinatal Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyent stasionar tibbi xidmətdən imtina edərək evə buraxılıb.

Məlumata görə, o, bu gün saat 10:10 radələrində yenidən təcili tibbi yardım avtomobili vasitəsilə Perinatal Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub, müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Həmçinin bildirilib ki, 23 yaşlı qadın hamiləlik dövründə heç bir tibb müəssisəsində qeydiyyatda olmayıb.

*** 14:38

Sumqayıtda 23 yaşlı qadın evdə doğuş edib, körpəsi ölüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Səlimova Sevil yaşadığı evdə həkim nəzarəti olmadan doğuş edib.

İlkin məlumata görə, 30 həftəlik hamilə qadın ev şəraitində baş verən doğuş zamanı ölü körpə dünyaya gətirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, ötən gün saat 05:23-də Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:

"Çağırış əsasında saat 05:35-də ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə yerində 23 yaşlı qadının vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq, həkimə qədər ölüm faktı qeydə alınıb."

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Son xəbərlər