Sumqayıtda 140 AZN-lik Yen il ağacı oğurlandı - ANBAAN GÖRÜNTÜ

Sumqayıtda 140 AZN-lik Yen il ağacı oğurlandı - ANBAAN GÖRÜNTÜ
Video
Hadisə 7165

Sumqayıtda oyuncaq mağazalarından birində oğurluq hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, naməlum şəxs mağazanın qarşısındakı Yeni il ağacını götürərək aparıb.

Bu barədə TikTok sosial platformasında görüntülər yayılıb.

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən mağazalardan birində dünən axşam 21:12-də baş verib.

Yaşanan hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.

Oğurlanan Yeni il ağacı 140 AZN dəyərində olub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə açıqlamasında bildirib ki, dekabrın 5-i saat 21 radələrində Sumqayıt şəhəri ərazisində naməlum şəxsin mağazaların birindən dekorativ şam ağacını oğurlaması barədə polisə məlumat daxil olub.

Əməli törədən şəxsin tapılması istiqamətində polis əməldaşları tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...

89 Hadisə 00:02 12 avqust 2026

Son xəbərlər