Sumqayıt şəhərində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb

Sumqayıt şəhərində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb
Hadisə 142

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı baş verən hadisə azyaşlının ölümü ilə nəticələnib.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə iki gün əvvəl şəhərin Xəzri bağları ərazisində qeydə alınıb.

Belə ki, çoxuşaqlı ailənin altı üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib və onlar dərhal xəstəxanaya çatdırılaraq tibbi yardım alıblar.

Müalicədən sonra azyaşlılar evə buraxılsa da, zəhərlənənlərdən biri - 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin qəfil vəziyyəti pisləşib. Körpə yenidən xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdiyi tibbi yardıma və aparılan müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü

Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü

Qazaxda yük avtomobilinin sürücüsü infarkt keçirərək vəfat edib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Be...

28 Hadisə 19:20 08 noyabr 2026

Son xəbərlər