Sumqayıt Şəhər İcra Hakimiyyətinin işdən çıxarılan əməkdaşı həbs olunub?

"Sumqayıt Şəhər İcra Hakimiyyətinin Gənclər üzrə iş şöbəsi yoxdur və icra hakimiyyətində Məmməd Həsənov adlı şəxs çalışmayıb".
BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib.
*** 14:20
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Gənclər üzrə iş şöbəsində aparıcı məsləhətçi işləmiş 1990-cı il təvəllüdlü Məmməd Həsənov həbs edilib.
BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, bir müddət əvvəl icra hakimiyyətindəki vəzifəsindən uzaqlaşdırılan M.Həsənov məsuliyyətə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluqda ittiham olunub. M.Həsənov Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq, məhkəmə zalındaca qandallanıb.
Araşdırmalarla müəyyən edilib ki, M.Həsənov icra hakimiyyətindəki vəzifəsindən kənarlaşdırıldıqdan sonra ayrı-ayrı şirkətlərdə çalışıb. Habil İsmayılov adlı şəxsi aldadaraq, onun üçün sosial mənzil almağı təşkil edəcəyi vədi ilə ondan 8600 manat pul alıb. O, pulları internet oyunlarına xərcləyib.
H.İsmayılovun şikayətindən sonra M.Həsənov haqqında cinayət işi açılıb.

Oxşar xəbərlər
Saxtakarlıqda təqsirləndirilən sabiq baş həkimin apellasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən, 2 saylı Dəmiryol Poliklinikasının sabiq baş hək...