"Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə bu gün əməliyyat olunacaq

Sumqayıtın futbolçusu Səbuhi Abdullazadə bu gün əməliyyat olunacaq
Hadisə 11

Ötən gün Misli Premyer Liqasının I turunda, "Neftçi"yə qarşı matçda (1:3) qırmızı vərəqə alaraq meydanı tərk edəndən sonra özünə xəsarət yetirən "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə bu gün əməliyyat olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə report-a açıqlamasında klubun mətbuat katibi Zaur Xudiyev deyib.

O, yarımmüdafiəçinin "Liv Bona Dea Hospital"a yerləşdirildiyini söyləyib:

"Oyunçuya ilkin tibbi yardım dünən Sumqayıtdakı hospitalda göstərildi. Daha sonra əməliyyata ehtiyac yarandığı məlum oldu. Yaranın yeri tikilməlidir. Futbolçu artıq "Liv Bona Dea" xəstəxanasındadır. Klubun həkimi də gecədən onun yanındadır. Yaranın sağalma müddəti, futbolçunun məşqlərə başlama vaxtı və nə zaman meydanlara qayıdacağı əməliyyatdan sonra bəlli olacaq".

Mətbuat katibi zədənin S.Abdullazadənin gələcək fəaliyyətinə mənfi təsir göstərməyəcəyini vurğulayıb:

"Həkim bu xəsarətin onun gələcək idman həyatı üçün təhlükə yaratmadığını təsdiqləyib. O, əməliyyatdan sonra bərpa olunaraq yenidən oyunlara qayıda biləcək".

Qeyd edək ki, S.Abdullazadə qarşılaşmanın 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənara çıxarkən qapının şüşəsini sındıraraq özünü zədələyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər