Sumqayıt Dəmiryol Vağzalının qarşısında bıçaqla öldürülən şəxs barəsində AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Oxşar xəbərlər
Qohumunun evində arvadını... - Ata və oğuldan DƏHŞƏTLİ ƏMƏL – Azərbaycanda ŞOK CİNAYƏT
Astara şəhərində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə, xuliqanlıq etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məstəli Nuriyev və onun oğlu, 1990-cı il t...