Sükan arxasında telefonla danışan taksi sürücüsü ağır qəza törətdi
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda sürücünün səhlənkarlığı yol qəzası ilə nəticələnib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, "Kiraz yolu" adlanan ərazidə "VAZ 2106" markalı avtomobil "QAZ 53" markalı avtomaşınla toqquşub.
Nəticədə "VAZ" markalı avtomobildə olan sürücü, 1998-ci il təvəllüdlü Vəliyev Ramal Habil oğlu və maşında sərnişin qismin də əyləşən şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə zamanı sürücü döş qəfəsindən ağır xəsarət alıb, sərnişinin isə ayaqları sınıb.
İlkin məlumata görə, hadisəyə səbəb "VAZ 2106" avtomobilinin sürücüsünün sükan arxasında telefonla danışması olub. Nəticədə avtomobil "QAZ 53" markalı yük maşınına çırpılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI - Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş
Ötən ilin iyul ayında avtomobil qəzası nəticəsində iki övladını itirən Sabirabad rayonu Nərimankənd kəndinin sakini Usubova Məlahət Yəhya qızı və həyat yoldaşı...