Sükan arxasında məsuliyyətsizlik ağır qəza ilə NƏTİCƏLƏNDİ - ANBAAN VİDEO
Bu gün saat 07 radələrində Bakı-Şamaxı avtomobil yolunun 11-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə daxil olan məlumata görə, Sərxan Kazımovun idarə etdiyi "Kamaz" markalı yük avtomobili dayanacaqda dayanmış "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşub.
Nəticədə yük avtomobilinin sürücüsü, eləcə də Bəylər Yusibovun idarə etdiyi 114 nömrəli marşrut avtobusunun üç sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edilməlidir ki, son vaxtlar eyni istiqamətdə və eyni hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən yol qəzalarının sayında artım müşahidə olunur. Belə hadisələr əksər hallarda sürücülərin idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə yol verməsi, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməsi, eləcə də ara məsafəsini düzgün seçməməsi ilə əlaqəli olur.
Oxşar xəbərlər
"Bağırov" körpüsü üzərində yük yola aşıb
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü üzərindən geriyədönmədə yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Nəqliyya...