Sudanda daşqınlarda ölənlərin sayı 173-ə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sudan Səhiyyə Nazirliyi iyun ayından bəri ölkənin 11 əyalətində yağan güclü yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayının 173-ə yüksəldiyini bildirib.
BAKU.WS xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, ölkədə həddindən artıq yağış, daşqınlar 170 mindən çox insana zərər vurub.
Açıqlamaya görə, daşqınlar nəticəsində ölənlərin sayı 173-ə, yaralıların sayı isə 505-ə çatıb. 18 min 665 ev tamamilə, 14 min 947 ev isə qismən dağılıb.
Qeyd edə ki, Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlar zamanı daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...