Su təchizatı sektorunda ciddi qanun pozuntuları aşkarlandı, iş açıldı - RƏSMİ
Təbii inhisar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin tələblərinə riayət olunması istiqamətində 2025-ci il üzrə aparılan araşdırmalar çərçivəsində, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsdə (PHŞ) həyata keçirilən yoxlamanın yekunlarını ictimaiyyətə təqdim edib.
BAKU.WS xəbər verir ki, bu xüsusda Dövlət Agentliyi rəsmi açıqlama yayıb.
Qeyd olunub ki, araşdırma prosesinə vətəndaşlardan daxil olan müraciətlərə istinadən start verilib:
"Monitorinqin gedişatında istehlakçı hüquqlarına zərər vura biləcək fəaliyyətlər, məhsul istehsalı və satışı zəncirində ehtimal olunan nöqsanlar, həmçinin təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya təqdim edilən xidmət həcminin genişləndirilməsi zamanı mövcud normativ hüquqi aktlarda nəzərdə tutulmayan qaydaların tətbiqi vəziyyəti təhlil edilib.
Bununla bərabər, su təchizatı sektorunda tariflərin düzgün tətbiq edilməməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması ehtimalları da yoxlanış predmetinə daxil edilib.
Yoxlamanın yekunlarına müvafiq olaraq, rəqabət qanunvericiliyinin pozulması faktları və əlamətləri təsdiqini tapdığı üçün sözügedən təbii inhisar subyekti barəsində iş açılıb".
Oxşar xəbərlər
Azərbaycanda ötən gün cinayətdə şübhəli bilinən 66 nəfər saxlanılıb
Azərbaycanda fevralın 13-də cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib k...