Su kanalında çimən gənc ölümdən son anda xilas edildi
03
iyl
2021
20:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlıda suda batan gənc oğlan xilas olunub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Smadi kəndində qeydə alınıb.
Rayonun Mircavad kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Elnur Elman oğlu həmin ərazidən keçən su kanalında çimərkən suda batmaq təhlükəsi ilə üzləşib.
O, yaxınlıqdakı adamların köməkliyi ilə son anda sudan çıxarılıb. E.Məmmədov Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə
Lənkəran şəhərində intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Elnur Həbibzadənin cinayət işi üzrə məhkəmə prosesi başa ça...