Su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov BAKU.WS-ə bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Tovuz rayon sakini Elnur Nağıyev, Şəmkir rayon sakinləri Rafiq Qənbərov və Seymur Abbasov olduğu məlum olub, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
“Eyni zamanda, “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Şəmkir və Xaçınçay su anbarlarından, Kür çayından və digər daxili su hövzələrindən 1 480 metr uzunluğunda 31 ədəd sintetik tor yığışdırılıb”, - deyə qurumdan bildirilib.
Qalereya
Oxşar xəbərlər
Qanunsuz balıq ovlayan şəxslər saxlanıldı
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilib ki, D...
