Stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edilib - FOTO

Stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edilib - FOTO
Foto
Hadisə 204

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BAKU.WS-in bölgə müxbirinə məlumat daxil olub.

Bildirilir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargahın və RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı qəsəbədə yerləşən bir neçə kafe sahiblərinin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müştərilərin arasında sosial məsafələri qorumayaraq, stolüstü oyunlar təşkil edərək karantin rejminin qaydalarını kobud şəkildə pozduqları aşkar edilib.

Həmin obyekt sahibləri, Elnur Məcidov və Xəqani Süleymanov saxlanılaraq RPŞ-yə gətirilmiş, barələrində İnzibati Xətalar Məcəlləsinin 211 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 8 gün müddətində inzibati qaydada həbs edilib.

Son xəbərlər