İstirahətdən qayıdan Bakı sakinlərinin zəhərlənmə səbəbi araşdırılır - YENİLƏNİB

İstirahətdən qayıdan Bakı sakinlərinin zəhərlənmə səbəbi araşdırılır - YENİLƏNİB
Hadisə 0

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi istirahətdən qayıdan Bakı sakinlərinin qidadan zəhərlənməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, agentliyin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən Hacıqabul rayonunda baş vermiş hadisənin səbəblərinin araşdırılmasına başlanılıb:

“İlkin araşdırma zamanı məlum olub ki, Bakı şəhər sakinləri istirahət məqsədilə səfər etdikləri Oğuz rayonunda ev şəraitində hazırladıqları və yol kənarından aldıqları qida məhsullarını istehlak etdikdən sonra geri qayıdarkən Hacıqabul rayonu ərazisində vəziyyətləri pisləşdiyi üçün təcili tibbi yardıma müraciət ediblər. Tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar.

Araşdırmalar davam edir”.Qeyd edək ki, ötən gün istirahətdən qayıdan Bakı sakinlərinin vəziyyəti Hacıqabulda pisləşib. Qidadan zəhərləndikləri ehtimal olunan 1987-ci il təvəllüdlü Fidan Rauf qızı Adıgözəlova, 1994-cü il təvəllüdlü Bikəxanım Hafiz qızı Süleymanlı, 1952-ci il təvəllüdlü Sidiqə Məmmədağa qızı Sultanova və 2010-cu il təvəllüdlü Soltanəli Rövşən oğlu Məmmədli zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilmişdilər.

Faktla bağlı araşdırma aparılır.

***09:21

Hacıqabulda kütləvi zəhərlənmə baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Məmmədli Soltanəli Rövşən oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1952-ci il təvəllüdlü Soltanova Sidiqə Məmməd qızı, 1994-cü il təvəllüdlü Süleymanova Pikəxanım Hafiz qızı, Süleymanova Nuranə Hüseyn qızı, 1973-cü il təvəllüdlü Əliyeva Afaq Soltanəli qızı, 2017-ci il təvəllüdlü Süleymanov Məhəmməd İlkin oğlunun halı pisləşib.

Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər