İstanbuldakı teraktda yaralanan azərbaycanlılardan birinin ADI BİLİNDİ
Bu gecə İstanbulun "Reina" klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub.
BAKU.WS "Report"a istinadən bildirir ki,Türkiyənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralılardan biri Günel Həsənovadır.
Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib.
Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.
Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan "Report"un Türkiyə bürosuna verilən məlumata görə, yaralılar arasında biri kişi, digəri isə qadın olmaqla 2 azərbaycanlı da var.
"Onlar hadisənin baş verdiyi "Reina" gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər. Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır", - deyə məlumatda bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin "Report"a verdiyi məlumata görə, yaralı qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.
BAKU.WSOxşar xəbərlər
İstanbulda qatil Santa - 40 nəfəri kim öldürdü?
Aralarında əcnəbi və bir polis zabiti də olan 40 nəfər qətlə yetirilib, 69 nəfər yaralıdır. Yaralıların da bəzisinin durumu kritik. İstanbulda Yeni İl gecəsi t...